Hadisə
Biznesmen məhkəmə zalından azadlığa buraxıldı
“Mega City Holding” MMC şirkətinin həmtəsisçisi Fariz Nuriyevin məhkəməsi keçirilib.
Publika.az xəbər verir ki, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178 və 308-ci (dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilən iş adamına hökm oxunub. Məhkəmə həbsdə saxlanılan Fariz Nuriyevin 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilməsinə hökm edib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Naxçıvan MR Babək rayonu Nehrəm kənd sakini olan 1973-cü il təvəllüdlü Fariz Nuriyev Rüstəm adlı şəxsin şikayəti əsasında həbs edilib. Belə ki, vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edərək "MEGA City Holding" MMC-nin tikdiyi çoxmərtəbəli binadan 49 min manat verərək ev aldığını, sonradan həmin evdə başqasının yaşadığını öyrəndiyini bildirib. O, pulları şəxsən Fariz Nuriyevə verdiyini bildirib.
Hökmdən 9 gün əvvəl, yəni avqustun 9-da o həbs edilib.
Məhkəmədə tərəflər arasında barışıq əldə edildiyi bildirilib.
Qeyd edək ki, şirkətin baş ofisi "Avesta" binasında yerləşir.
(Qafqazinfo)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO











.jpg)























.jpg)


