Hadisə
Tənha qadına qarşı quldurluq edənlər saxlanıldı - FOTO
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində şəhər ərazisində tək yaşayan 65 yaşlı qadının evinə daxil olaraq quldurluq cinayəti törədən şəxslər müəyyən edilərək istintaqa cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, ötən günlərdə gecə saatlarında rayon ərazisində yerləşən evlərin birində quldurluq əməli törədilməsi barədə RPŞ-yə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisə yerində olublar. İlkin araşdırmalarla qadının quldurluq yolu ilə evindən nəğd pulu və digər əşyalarının talanması məlum olub. Qadın polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb, vəziyyəti yaxşıdır.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.
Araşdırmalarla onların Asəf Allahverdiyev, Şükür Hüseynov, Emin Nəbiyev, Zaur Ağamirov və Elməddin Ocaqov olduqları müəyyən olunub.
Hazırda faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)