Hadisə
Narkotik satan və alan şəxslər saxlanıldı
Naftalanda narkotik satan və alan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Naftalan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Goranboy rayon sakini Binyamin Allahverdiyev və Rəfail Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Saxlnılan şəxslərin üzərindən müxtəlif bükümdə narkotik vasitə olan “heroin”, B. Allahverdiyevə məxsus avtomobildən isə müxtəlif bükümlərdə “heroin” “metamfetamin” və narkotik qəbulu üçün digər vasitələr aşkar edilərək götürülüb.
Saxlanılan şəxslərin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onlara narkotik vasitəni 105 manata satmaqda şübhəli bilinən Yevlax şəhər sakinləri Elsevər Musayev və Aruz Məmmədov da saxlanılıb. Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik və psixotrop maddələr aşkarlanaraq götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)



.jpg)























.jpg)

.jpg)