Hadisə
Kafedə doğduğu körpəsini torbada öldürüb divardan asıb... - Ananın dəhşətli cinayəti
Paytaxtda yeni doğulmuş körpəsini öldürən qadın məhkəmə qarşısına çıxarılıb.
Publika.az-ın məlumata görə, Şirvan sakini, 1986-cı il təvəllüdlü Ş.Qədirova Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Araşdırmalar zamanı məlum olub ki, Ş.Qədirova Bakı şəhərində yerləşən və “Sabirabad hotel” adı ilə tanınan kafedə daimi yaşayıb. O, 2020-ci ildə Respublika Kliniki Xəstəxanasında uşaq dünyaya gətirib və həmin vaxt uşağın cinsiyyətini öyrənmədən övladından imtina edib. Daha sonra yenidən hamilə qalan qadın bu il martın 30-da saat 01 radələrində paytaxt ərazisində özündə ağrılar hiss edib. Daimi yaşadığı kafeyə gələrək sanitar qovşağında, gecə saat 04 radələrində təbii yolla qız uşağı dünyaya gətirib. O, yeni doğulmuş körpəni zibil qutusuna ataraq ölməsini gözləyib. Lakin körpə ağladığından o, uşağı sellafon torbaya qoyaraq ağzını düyünləyərək bağlayıb və boğularaq ölməsini gözləyib. Yarım saat sonra uşağın səsinin kəsildiyini görən qadın onun meyitini əl çantasına qoyaraq yatıb. Martın 31-də yaşadığı yeri tərk edən 38 yaşlı qadın yeni doğulmuş uşağın meyitinin olduğu torbanı saat 03 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 88 ünvanındakı “Anatolia” restoranının divarından asaraq uzaqlaşıb.
Aprelin 2-də isə kommunal xidmət işçiləri ərazidə təmizlik işləri görərkən polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitini aşkar edərək məlumat veriblər. 2 gün sonra uşağın anasının yeri müəyyən edilərək saxlanılıb.
Məhkəmədə Ş.Qədirova uşağın onun həyat tərzinə mane olacağını düşündüyü üçün belə addım atdığını, hamiləliyə qarşı daim dərman preperatlarından istifadə etdiyini deyib.
(qafqazinfo)
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi













.jpg)

















.jpg)



.jpg)

