Hadisə
Gecə klubundakı partlayışla bağlı işdə QALMAQAL - Vəkil hakimə ETİRAZ ETDİ
Bakıda “Location” gecə klubunda baş verən partlayışa görə həbs edilən Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Orxan Səfərlinin qardaşı Elşən Səfərli təqsirləndirilən Rəsul Rəsulovun vəkili Umud Əbdürəhmanlının suallarını cavablandırıb.
O deyib ki, “Merser food” MMC ilə işləmək barədə müqaviləsi olmayıb və onun işi "Pub"da görülən işlərə nəzarət edib.
Şahid qeyd edib ki, Rəsul Rəsulov 2020-ci ildə "Merset good" MMC-də işləyib, 1000-1200 manat əməkhaqqı alıb: "İşçilərin işə götürülməsinə mən də, Rəsul da nəzarət edirdi".
Elşən Səfərli deyib ki, Rəsul Rəsulovun işə götürülməsi ilə bağlı onda heç bir məlumat olmayıb. Bildirib ki, sənəd işləri ilə heç vaxt maraqlanmayıb. Şahidin sözlərinə görə, Rəsul Rəsulov 2022-ci ilin fevralın əvvəlində gecə klubunda işləməyə başlayıb: ""Location" gecə klubunda Rəsulun nə qədər maaş aldığını bilməmişəm. Həmin gecə kluba işçiləri Rəsul götürüb. Mənim bundan xəbərim olmayıb".
Şahid bildirib ki, "Pub"da Rəsul maliyyə işlərinə baxmayıb: "Bu səbəbdən mənə maliyyə işləri bağlı hesabat verməyib. Amma digər gördüyü işlərlə bağlı mənə hesabat verirdi. Gecə klubunda gördüyü işə görə faiz alacaqdı. Həmin faizin də nə qədər pul olacağı barədə məndə məlumat olmayıb. Şirkətin mühasibatlığından pulu götürəcəkdi. Rəsul gündüz "Pub"da işləyib, gecələr isə "Location” gecə klubunda işləyib".
Elşən Səfərli deyib ki, onların işçiləri gecə klubuna gediblər və orada istirahət ediblər. Qeyd edib ki, gecə klubunda partlayışdan sonra "Dəmirçi" Plazaya Rəsul Rəsulovu dəvət edib: "Hadisə baş verəndğn sonra Rəsulu çağırdım ki, bu barədə söhbət edək".
Elşən Səfərli deyib ki, gecə klubunun yerini icarəyə götürməyə Rəsul Rəsulovla birlikdə getsə də, gecə klubunun işlədilməsində iştirak etməyib: "Gecə klubunu Rəsulla Sərxan alıb. Onlar da işlədiblər".
Daha sonra Rəsul Rəsulovun vəkili vəsatətlə çıxış edib. Vəkil gecə klubunda təhlükəsizlik aktına imza atan şəxslərini imzalarının yoxlanılması ilə bağlı xətşünaslıq ekspertizasının keçirilməsini istəyib. Vəkil bildirib ki, həmin aktda Rəsul Rəsulovun yanğın təhlükəsizliyinə məsul şəxs olması barədə etdiyi imzaların yoxlanılması müəyyən edilsin.
Vəkil daha "Merset food" MMC-nin işçilərin götürülməsi ilə bağlı əmrlər kitabının məhkəməyə gətirilməsi, həmçinin MMC-nin kompüterinə baxış keçirilməsini istəyib.
Həmçinin MMC-nin baş mühasibi Sərxan Ramazanovun məhkəməyə əlavə şahid qismində dəvət olunmasını xahiş edib.
Məhkəmə vəsatətləri təmin etməyib. Bu zaman vəkil hakim tərkibinə yazılı etiraz verib. Vəkil deyib ki, hakim onun vəsatətlərini əsasız olaraq təmin etməyib.
Müşavirə keçirən hakim heyəti etirazı baxılmamış saxlayıb. Hakim deyib ki, hər üç hakimə verilən etiraza Bakı Apellyasiya Məhkəməsi baxır, amma vəsatətdə bu qeyd olunmayıb.
Daha sonra hakim heyəti məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edib və çıxış etmək üçün prokurora söz verib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Növbəti proses sentyabrın 19-da davam edəcək.
İttihama görə, hadisə bu il aprelin 3-də, gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib.
Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb.
Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərliyə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Cinayət işi üzrə 53 zərərçəkmiş qismində tanınıb.
Zərərçəkmişlərin siyahısında bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova da var.
O, həmin partlayışda ağır xəsarət alıb.
Rəsul Rəsulov və Orxan Səfərli həbsdədir. Digər təqsirləndirilən Ruslan Məmmədovun barəsində əvvəllər həbs qətimkan tədbiri seçilsə də, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. (Teleqraf.com)
-
ABŞ11:00
Trampın müşaviri İFŞA OLDU: Yeni administrasiya üçün vəzifələri pulla "PAYLAYIRMIŞ"
-
Region10:00
Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
-
MDB09:36
Rusiyanın 230 milyonluq qazı “oğurlandı” - Bu Avropa ölkəsinə tədarük dayandırıldı
-
Nəqliyyat08:55
Azərbaycanda taksi qiymətləri 40% artdı - VİDEO
-
Nəqliyyat08:34
18 yolda tıxac var - SİYAHI
-
Magazin107:35
Çingiz Mustafayev: "Ora gələn insanların 80-90 faizi travmalıdır" - VİDEO
-
İKT05:15
“WhatsApp”da çoxdandır gözlənilən YENİLİK
-
Sosial03:35
“TikTok”da canlı açıb qumar oynayırlar - VİDEO