Hadisə
Bakıda uşaq bağçalarının süd-qatığını da oğurladılar - VİDEO
Bakıda uşaq bağçalarından silsilə oğurluqlar edən şəxslərin məhkəməsi başa çatıb.
Publika.az xəbər verir ki, Xətai Rayon Məhkəməsinin hökmünə əsasən, Vaqif Səfərov 2 il ay 6, Elturan Vəlibəyov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayətkarlar oğurluğu bu ilin yanvarın 22-dən başlayaraq əvvəlcə Bakının Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçasında, daha sonra isə 202 saylı uşaq bağçasında törədiblər.
Məhkəmə zamanı bəlli olub ki, daha öncədən həbsxanada tanış olan dostlar, 151 saylı bağçaya ümumilikdə 10 956 manat, bağçanın direktoruna isə 1400 manada maddi ziyan vurublar. Onlar uşaq bağçasının hətta ət, kərə yağı, qab şampunu, sabun, süd, qatıq, şəkər tozunu da oğurlayıblar.
202 saylı uşaq bağçasından edilən oğurluğun dəyəri isə 1704 manat olub.
Əlavə edək ki, Elturan Vəlibəyov və Vaqif Səfərovun bağçadan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Cinayətkarlar bu ilin yanvarında saxlanılıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)



.jpg)























.jpg)

.jpg)