Hadisə
Abşeronda silahlı insident baş verdi - Saxlanılanlar var - Video
Abşeron rayonunda iki qrup arasında silahlı insident olub, saxlanılanlar var.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bir neçə gün əvvəl Xırdalan şəhəri ərazisində odlu silahdan atəş açılması ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində müəyyən edilib ki, Xırdalan şəhər sakini Səlcuq Osmanlı tanışı Məmmədhüseyn Qurbanovla birlikdə əvvəlcədən etdikləri mübahisəni davam etdirmək məqsədi ilə Xırdalan şəhəri ərazisində Tural Qurbanzadə və Səbuhi Əliyevlə görüşüb. Daha sonra Səlcuq Osmanlı üzərində olan odlu silahla həmin şəxslərə və onların olduqları “Toyota” markalı avtomobilə atəş açıb.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində odlu silahdan istifadə edən Səlcuq Osmanlı, həmçinin Məmmədhüseyn Qurbanov, mübahisənin digər iştirakçıları Tural Qurbanzadə və Səbuhi Əliyev saxlanılıblar. Səlcuq Osmanlının yaşadığı evə baxış zamanı hadisə vaxtı istifadə etdiyi 1 ədəd “Makarov” markalı tapança, 14 ədəd patron və 1 ədəd daraq aşkar edilib. Bundan əlavə hadisə yerindən 7 ədəd boş giliz də götürülərək ekspertizaya təqdim edilib. Səlcuq Osmanlıdan aşkar edilən “Makarov” markalı tapançanın digər hadisələrdə istifadə olunub-olunmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
-
Dünya17:02İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
-
Nida Xəbər 15:02Nazir mərhum rejissorun oğluna vəzifə verdi - FOTO
-
Rəsmi xronika13:44Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
Nida Xəbər 12:24Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
-
Nida Xəbər 12:05TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
-
Sosial11:26Bu şəxslərin əməkhaqları artırılır - FOTO
-
Rəsmi xronika11:16İlham Əliyev Vyetnam Prezidenti To Lama təbrik məktubu göndərdi
-
Dünya11:08Medvedyevdən Almaniyaya açıq hədə: Berlindəki hədəflər də vurula bilər










.jpg)
















.jpg)











