Hadisə
Azərbaycanda insanlar arasında yeni virus yayılıb - Nazirlik həyəcan təbili çaldı - VİDEO
Son günlər azyaşlılar və böyüklər arasında yayılan virusun qripin influenza növü olduğu təsdiqlənib.
Publika.az xəbər verir ki, paytaxtda özəl klinikaya müraciət edən xəstələrdən birində analizlər müsbət nəticə verib.
Onun influenza virusuna yoluxduğu məlum olub.
Həmin xəstəxananın pediatrı Yalçın Mirzəyev "Xəzər TV"yə bildirib ki, virus əsasən 1-5 yaş arasında olan uşaqlarda daha çox yayılır. Onun sözlərinə görə, virus kəskin respirator xəstəliklərə xarkterik əlamətlərlə özünü göstərir. O deyib ki, xüsusilə risk qrupuna daxil olan şəxslər ən azı 48 saat ərzində həkimə müraciət etməlidirlər. Əks halda daha ağır nəticələri ola bilər.
Valideynlər isə deyirlər ki, virusun ən ağır əlaməti temperaturun bir neçə gün davam etməsidir. Onların sözlərinə görə, bu hal uşaqlarda ciddi narahatlığa səbəb olur.
Səhiyyə Nazirliyi virusun yayıldığını təsdiqləyib.
Bildirildi ki, hazırda hərarətin yüksəlməsi, halsızlıq, boğaz ağrısı, öskürək, burun tutulması, axması əlamətləri ilə xəstələnmə halları müşahidə edilir. Bu xəstələrdən götürülmüş yaxmalardan yeni növ koronavirus, kəskin respirator virus infeksiyaları və bu qrupa daxil olan influenza virusu aşkarlanır. Virusa yoluxan şəxslərin qrip əleyhinə peyvənd olunması tövsiyə olunur.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)
























.jpg)

.jpg)
