Rafinyanın het-triki "Barselona"ya böyükhesablı qələbə qazandırdı - Video
Bizi izləyin

İdman

Rafinyanın het-triki "Barselona"ya böyükhesablı qələbə qazandırdı - Video

Rafinyanın het-triki "Barselona"ya böyükhesablı qələbə qazandırdı - Video

İspaniya La Liqasının 14-cü turunda çempion və turnir cədvəlinin lideri “Barselona” La-Korunyada “Deportivo”nun qonağı olub.

Publika.az xəbər verir ki, almaniyalı Hans-Diter Flikin rəhbərlik etdiyi komanda 5:1 hesabı ilə qalib gəlib. Artıq 2-ci dəqiqədə “Barselona”nın və İspaniya millisinin cinah hücumçusu Lamin Yamal görüşdə hesabı açıb. 9-cu dəqiqədə 37 yaşlı qabonlu hücumçu Pyer-Emerik Obameyanq cavab qolunu vurub.

20-ci dəqiqədə ispaniyalı yarımmüdafiəçi Dani Olmo Kataloniya təmsilçisini yenidən hesabda önə çıxarıb. İkinci hissədə isə braziliyalı hücumçu Rafinya het-trikə imza atıb.

“Barselona” 39 xalla turnir cədvəlinə başçılıq edir və ikinci pillədə qərarlaşan son mövsümün gümüş mükafatçısı “Real”ı artıq 5 xal qabaqlayır. “Deportivo” isə 15 xalla 13-cü yerdədir.

İspaniya çempionatı, 14-cü tur

“Deportivo” – “Barselona” – 1:5

Qollar: Pyer-Emerik Obameyanq, 9 – Lamin Yamal, 2, Dani Olmo, 20, Rafinya, 50, 83, 90+1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm