Avropa
İspaniya parlamentində sağçılar üstünlük qazana bilər - İlk nəticələr
İfrat sağçı mövqedə olan Vox partiyası İspaniya parlamentində ən çox deputat mandatı qazanan siyasi qüvvə olacaq.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi seçki bülletenlərinin 72,72 faizinin hesablanmasından sonra məlumat yayıb.
Vox parlamentdə 50 deputat mandatına iddia edir. 2023-cü ildə keçirilən əvvəlki parlament seçkilərində partiya 33 yer qazanmışdı. Mandat sayındakı artıma görə ikinci yerdə solçu “Geniş Cəbhə” koalisiyası qərarlaşıb. Koalisiya 10 əlavə mandat qazanır. Kiçik fərqlə liderlik edən müxalif Xalq Partiyasının ehtimal ki, dörd, ikinci yerdə qərarlaşan hakim İspaniya Sosialist Fəhlə Partiyasının isə üç mandatı az olacaq.
Noyabrın 29-da səhər saatlarında İspaniyada 38,6 milyondan çox vətəndaşın yeni parlamenti seçəcəyi ümumi seçkilərdə səsvermə üçün seçki məntəqələri açılıb. Yerli vaxtla saat 09:00-dan etibarən 22 493 seçki məntəqəsi fəaliyyətə başlayıb. Həmin məntəqələrdə 210 min seçki qutusu hazırlanıb. Ümumilikdə, seçkilərdə 38 616 949 nəfər iştirak edə bilər. Onlardan 35 953 542-si İspaniyada, 2 663 407-si isə xaricdə yaşayır.
Hüseyn İbadlı
-
Avto01:41Qış təkəri ilə edilən sadə səhv yanacaq sərfiyyatını azaldır
-
Qoroskop00:15Günün ulduz falı - Həddindən artıq tələbkar olmaq gərginlik yarada bilər
-
Sosial29 Noyabr 23:48Bakıda qadın və uşaqlara qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanıldı
-
Sosial29 Noyabr 22:48“34 mini həyətində alıb qəbzi vermədi, yazışmalar var” - “Səbail”in prezidenti
-
İdman29 Noyabr 21:40Rafinyanın het-triki "Barselona"ya böyükhesablı qələbə qazandırdı - Video
-
Magazin229 Noyabr 19:36Məşhur cütlük 7 illik münasibətinə son qoydu - Əvvəlcə ayrı evlərə köçüblər
-
Art29 Noyabr 18:48Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - Video
-
Səhiyyə29 Noyabr 18:24Beyində psixi pozuntuların inkişafını ləngidən “əyləc” aşkarlandı



































