Hadisə
İsmayıllıda soyğunçuluq edən şəxsdən odlu silah götürüldü - FOTO
İsmayıllı şəhərindəki mağazalardan birinin kassasından soyğunçuluq yolu ilə 300 manat pulun talanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən “isti izlər”lə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş Ruslan Məmmədov tutularaq istintaqa təqdim olunub.
Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onun yaşadığı evdə odlu silah gizlətdiyi də məlum olub. Həmin ünvana baxış keçirilərkən oradan lüləsi və qundağı kəsilmiş (“obrez”) tüfəng aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına və "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin








.png)



























.jpg)
.jpg)