Hadisə
Atasından polisə şikayət edən şəxs öldü
İyulun 3-də saat 16 radələrində Qəbələ rayonu Dizaxlı kənd sakini 1975-ci il təvəllüdlü Soltanov Teymur Cəfər oğlu atası tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı polisə müraciət edib.
DİN-in mətbuat xidmətindən Publika.az-a bildirilib ki, torpaq sahəsinin zəbt edilməsinə görə özünü öldürəcəyini bildirən şəxs rayon polis şöbəsinə dəvət edilib.
O, sərxoş vəziyyətdə polis şöbəsinə gəldikdən sonra saat 19 radələrində qəfil halı pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb.
Tibbi müdaxilələrə baxmayaq o, ürəktutmasından ölüb.
Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri (221, 243, 315) məhkum olunan şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalar davam etdirilir.
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO






.jpg)




























