Hadisə
Bank kartından 15 min manat oğurlayan şəxs saxlanıldı - VİDEO
Sosial şəbəkə vasitəsilə vətəndaşın bank kartından 15 min manat oğurlayaraq ölkədən qaçmağa çalışan şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, su polisləri xidməti ərazidə olan bir nəfər vətəndaş şikayət edərək onun kartından onlayn yolla naməlum şəxsin 15 min manat oğurladığını bildirib. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü, Gəncə şəhər sakini Vasif Məmmədov ölkəni tərk etmək istəyən zaman hava limanı ərazisində saxlanılıb. Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla əldə etdiyi müəyyən olunub.
Vurğulanıb ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları həmçinin Xəzər dənizinin Sumqayıt şəhəri sahilində xidmət aparan zaman naməlum şəxsin əraziyə atdığı 1 "Kalaşnikov” markalı avtomat, 1 sandıqça və 47 patron aşkar edərək götürüblər.
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz
-
Magazin116 Dekabr 23:12“Fazillə hər şey bitib” - Rəqsanədən ETİRAF / VİDEO
-
Yaxın Şərq16 Dekabr 23:0035 ildən sonra Bağdadda İLK YAŞANDI
-
Magazin116 Dekabr 21:48"Buna görə ağlamaq dərəcəsindəyəm"
-
Nida Xəbər 16 Dekabr 21:00Mais Bərxudarov görün kimlərlə görüşdü - FOTO
-
Magazin116 Dekabr 20:00Azərbaycanlı müğənni keçmiş əri üçün ELÇİ GEDƏCƏK
-
Dəb16 Dekabr 18:48Qalibi seçən münsiflərimiz… - FOTO

















.jpg)





















