Sumqayıtda bazarda güclü yanğın oldu
Bizi izləyin

Hadisə

Sumqayıtda bazarda güclü yanğın oldu

Sumqayıtda bazarda güclü yanğın oldu

Sumqayıtda bazarda yanğın baş verib.

Publika.az xəbər verir ki, hadisə "Əşya bazarı" adlanan ərazidə qeydə alınıb.

Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü Hacıyev Mübariz Sedulla oğluna məxsus ümumi sahəsi 300 kv.metr olan meyvə-tərəvəz mağazasının 250 kv metr hissəsi yanıb. Daha sonra yanğın mağazanın yanında dayanmış vəziyyətdə olan 1978-ci il təvəllüddlü Hüseynov Elşən Şamil oğluna məxsus "Mercedes" markalı yük avtomobilinə keçib.

Əraziyə dərhal FHN-nin DYMX-nin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

Yanğının səbəbi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm