Hadisə
Məktəbin tualetində cinsi əlaqədə oldu, hamilə olduğunu biləndə isə... - Azərbaycanda ŞOK OLAY
Balakən rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı qızla cinsi əlaqədə olan gənc həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, bu barədə Balakən rayon Məhkəməsi yanvarın 31-də hökm çıxarıb.
Məhkəmə rayonun Qullar kənd sakini 2003-cü il təvəllüdlü Fərid Usubovu (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib. O, 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fərid Usubovun cinsi əlaqədə olduğu yeniyetmə orta məktəbi 9-cu sinifdə yarımçıq dayandırıb. İnstaqram sosial şəbəkəsi vasitəsilə tanış olan və aralarında sevgi münasibəti yaranan şəxslər həftənin şənbə və bazar günləri Qullar kənd 2 saylı tam orta məktəbinin sanitar qovşağında bir neçə dəfə intim münasibətdə olublar. Bir müddət sonra isə qızın 8 aylıq hamilə olması üzə çıxıb. Bundan sonra ailələr razılığa gələrək nişan mərasimi keçiriblər və övladlarını evləndirmək qərarına gəliblər. Lakin hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra Fərid Usubov cinayət məsuliyyətinə cəlb edilib.
Turqut Seyidov
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış - VİDEO
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya24 Noyabr 19:30Bakıda külək gücləndi - Faktiki hava




































