Hadisə
Mövlud Süleymanlı insult keçirdi
Xalq yazıçısı Mövlud Süleymanlı insult keçirib. Hazırda vəziyyəti stabildir.
Publika.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, yazıçının beyninə qan sızıb. Hazırda M. Süleymanlı reanimasiyadadır və müalicəsi davam etdirilir.
Qeyd edək ki, M. Süleymanlı 1943-cü ildə anadan olub. Ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib. Xalq yazıçısı “Köç”, “Ceviz qurdu”, “Səs” və digər romanları ilə tanınır.
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?


























.jpg)






.jpg)


