Mafiozlar keşişi belə zəhərləmək istəyiblər: Şəraba...
Bizi izləyin

Hadisə

Mafiozlar keşişi belə zəhərləmək istəyiblər: Şəraba...

İtaliyanın cənubunda kilsə keşişi Felice Palamara şərabdan dadmaq istəyərkən badənin üzərinin ağardıcı maddə ilə örtüldüyünü hiss edib və bunun mafiya təhlükəsi ilə əlaqəli olduğunu anlayıb.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Ata Felice Palamara, Kalabriya bölgəsindəki kiçik bir şəhər olan Çessanitidəki San Nicola di Pannaconi kilsəsində şənbə axşamı ayini zamanı Evxaristiya qarşısında bir fincan su və şərabla xeyir-dua verib. O şərabı içməyə hazırlaşarkən qəribə bir qoxu hiss edib. Aparılan laboratoriya testləri qarışığın tərkibində ağardıcı olduğunu təsdiqləyib və polis dərhal araşdırmaya başlayıb.

Kalabriyada yaranan mafiya təşkilatı “Ndrangheta”ya qarşı tez-tez çıxış edən keşiş Palamara yerli mediaya açıqlamasında bir neçə dəfə ölüm təhdidləri aldığını söyləyib. Onun avtomobili son aylarda iki dəfə vandalizmə məruz qalıb. Hazırda keşişi hər yerdə polis müşayiət edir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm