Sevginin möcüzəsi: Ürəyi dayanan şəxs həftələr sonra ayıldı
Bizi izləyin

Hadisə

Sevginin möcüzəsi: Ürəyi dayanan şəxs həftələr sonra ayıldı

Britaniya sakini sevginin gücü sayəsində 40 dəqiqəlik ürək dayanmasından sonra ayılaraq həkimləri təəccübləndirib.

Publika.az xəbər verir ki, Cənubi Yorkşir ştatının Barnsley şəhərindən olan 31 yaşlı Ben Vilson infarkt keçirib və ürəyi dayanıb.

Kişi qəfil huşunu itirəndə onun sevgilisi, 27 yaşlı Rebekka Holms dərhal təcili yardım çağırıb. Həkimlər gənci müayinə edib və məyusedici proqnoz veriblər.

Həkimlər 11 dəfə defibrilatordan istifadə edərək 40 dəqiqə sonra Uilsonu yenidən həyata qaytarıblar. Onu xəstəxanaya aparan zaman gəncin ürəyi yenidən dayanıb. Xəstə dərhal reanimasiyaya yerləşdirilib.

Oğlan süni komaya qoşulan gündən sevgilisi beş həftə boyunca hər zaman onun yanında olub və ona sevgi etirafları edib. Qız mahnı oxuyub, ətirini oğlanın yastığına səpib, ondan hədiyyə olaraq aldığı ilk oyuncağı sevgilisinin yanına qoyub.

O etriaf edib ki, sevgilisinin sağalmasına kömək edəcək sevgi və toxunma gücünə inanıb. Həqiqətən də belə olub. Bir neçə həftə sonra Vilson oyanıb və ilk sözü sevgilisinin adı olub.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm