Sumqayıtda ağır qəza: yaralılar var
Bizi izləyin

Hadisə

Sumqayıtda ağır qəza: yaralılar var

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, “Khazar” markalı avtomobillə toqquşan “Toyota Prius” markalı nəqliyyat vasitəsi öncə yol nişanına dəyib, daha sonra ağaca çırpılaraq aşıb.

Qəza zamanı “Toyota Prius”un sürücüsü Murad İmanov və onun sərnişini (şəxsiyyəti dəqiqləşdirilir) müxtəlif bədən xəsarətləri alıblar.

Onlar dərhal xəstəxanaya çatdırılıblar. Murad İmanovun vəziyyətinin ağır olduğu bildirilir.

Qəzada yol infrastrukturuna ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm