Hadisə
"Motora baxan zaman uşaq əlindən çıxıb düşüb" - Kürdə batan ata-balanın yaxınları DANIŞDI
![](https://publika.az/storage/2024/04/13/resize-3.jpg?v1722037190)
Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub.
Publika.az xəbər verir ki, "Baku" TV-yə danışan ata və qızın yaxınları hadisənin necə baş verdiyi ilə bağlı fikirlərini bölüşüblər.
İtkin düşmüş kişinin atası Tahir Süleymanov bildirib ki, oğlunun su xoşuna gəlib, evə gələrək deyib ki, gedək orada çay qaynadaraq içək:
“Axşam saat 17:25-də oğlum mənə zəng etdi ki, qızım batdı. Ora gedib çatan zaman gördüm ki, insanlar hadisə yerinə gəliblər. Oğlum uşağı qucaqlayıb ki, batmasın. 50 metr gəldikdən sonra ikisi də batıblar”.
İtkin düşən kişinin dostu Şahin Rəsulov vurğulayıb ki, hadisə yerində olan motorxana su idarəsinə məxsus imiş:
“Atanı da idarədən göndəriblər ki, gəlib burada baxış keçirsin. O da motora baxan zaman uşaq əlindən çıxıb düşüb suya”.
Xatırladaq ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman altı yaşlı qız suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO