İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu - FOTO/YENİLƏNDİ

İri qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun üzərindən təmizlənib.

Publika.az xəbər verir ki, yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Uçqun zamanı zədələnən elektrik dirəkləri və naqillər də yenilənib, qəsəbə və ətraf kəndlərə elektrik enerjisinin verilişi təmin edilib.

Qeyd edək ki, ötən gün İsmayıllı-Lahıc avtomobil yolunun dağlıq ərazidən keçən digər hissəsinə də iri qaya parçaları tökülüb və yol yenidən bağlanmışdı.

***

Lahıc-Dəmirçi-Şamaxı yolunda torpaq sürüşməsi nəticəsində avtomobil yolunun İsmayıllı rayonundan keçən bəzi hissələrində asfalt örtüyü çöküb.

Publika.az xəbər verir ki, torpaq sürüşməsi nəticəsində yolun hərəkət hissəsində zolaqlardan biri keçilməz vəziyyətə düşüb.

Xatırladaq ki, hazırda İsmayıllı-Lahıc avtomobil yolu bağlı olduğundan bu yol İsmayıllının rayon mərkəzi ilə əlaqəsi kəsilən bir çox kəndinin, həmçinin Lahıcdakı turistlərin Bakıya qayıda biləcəyi əsas yol hesab edilir.

Qeyd edək ki, axşam saatlarında İsmayıllı-Lahıc yolunda uçqun baş verib. Hərəkət hissəsinə tökülən qaya parçaları yolun hər iki istiqamətdə bağlanmasına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm