Hadisə
200 "Audi"nin açarları oğurlandı
“Volkswagen”in törəmə şirkəti olan “Audi” Brüsseldəki zavodunda istehsalı gələn ilin fevralında dayandırmağı planlaşdırır. Şirkət bu qərar barədə həmkarlar ittifaqlarını artıq məlumatlandırıb.
Publika.az xəbər verir ki, zavodun bağlanmasının əsas səbəbi tələbin aşağı düşməsi və xərclərin artmasıdır. “Audi” şirkətinin rəhbərliyi zavodun bağlanması barədə məlumatlandırma və məsləhətləşmə prosesini iki həftə ərzində yekunlaşdırmağı planlaşdırır.
Zavodun gələcəyindən narahat olan işçilər bu yaxınlarda qeyri-adi etiraz aksiyası keçirərək 200 avtomobilin açarlarını oğurlamışdılar.
Üç min nəfərin işlədiyi zavod təkcə elektrikli “Q8 e-tron” avtomobili istehsal edir. Bu model Çin bazarında xüsusilə uğurlu olub. Çindən gələn tələbin hazırda kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar satışların həcmi də azalıb. Logistik xidmətlərin yüksək olması da şirkət üçün əlavə çətinlik yaradır.
“Volkswagen” şirkəti hazırda ciddi böhranla üzləşdiyi üçün Brüsseldəki zavodda hər hansı yeni modelin istehsalını planlaşdırmır. “Q8 e-tron”un yeni versiyasının Meksikada istehsal edilməsi gözlənilir. Mütəxəssislərin fikrincə, “Audi” bu sahəni çinli istehsalçılara təhvil verə və ya Avropadan kənarda fəaliyyət göstərən hansısa Çin avtomobil istehsalçısı ilə əməkdaşlıq edə bilər.
“Audi” şirkəti zavodla əlaqədar hazırda potensial investorla müzakirələr apardığını elan edib. (Azərtac)
-
Sosial13:06
Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - Şok detallar
-
Hadisə12:12
Sayt rəhbəri və oğlu şantaja görə həbs edildi - FOTO
-
Rəsmi xronika11:57
Prezident yeni nəsil metro qatarlarına baxış keçirdi - YENİLƏNDİ/FOTO
-
Dünya11:06
Qərbdə “qaynar nöqtə” - NATO ilə bu Avropa ölkəsi arasında qarşıdurma yaşanır
-
MDB10:18
Bu hücuma görə Ukraynadan qisas alındı: Kadırov nəyi nəzərdə tutur?
-
Qoroskop09:48
2025-ci ildə bürclərə uğur gətirəcək tarixlər: Kimləri xoş sürprizlər gözləyir?
-
Region09:12
Rusiyaya bu yolla getmiş azərbaycanlılara BÖYÜK TƏHLÜKƏ: Əmlakları əllərindən alınacaq
-
Nəqliyyat08:34
Hazırda 15 yolda tıxac var - SİYAHI