Hadisə
FHN hava limanlarında təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti razılaşdırılmış plan-qrafik əsasında ölkə ərazisində fəaliyyət göstərən bəzi hava limanlarında birgə təlimlər keçirib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, Bakıda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunda, Gəncə, Qəbələ, Füzuli və Naxçıvan hava limanlarında keçirilmiş təlimlərdə məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanları ilə Fövqəladə Hallar Nazirliyi arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsinin təşkili olunub.
Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə reallaşdırılan təlimlərə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı, Gəncə, Şimal-qərb, Qarabağ Regional mərkəzlərinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri, eyni zamanda “AZAL”ın müvafiq struktur bölmələri cəlb olunub.
Təlimlər zamanı ssenariyə uyğun simulyasiyalar üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.
-
Sosial13:06
Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - Şok detallar
-
Hadisə12:12
Sayt rəhbəri və oğlu şantaja görə həbs edildi - FOTO
-
Rəsmi xronika11:57
Prezident yeni nəsil metro qatarlarına baxış keçirdi - YENİLƏNDİ/FOTO
-
Dünya11:06
Qərbdə “qaynar nöqtə” - NATO ilə bu Avropa ölkəsi arasında qarşıdurma yaşanır
-
MDB10:18
Bu hücuma görə Ukraynadan qisas alındı: Kadırov nəyi nəzərdə tutur?
-
Qoroskop09:48
2025-ci ildə bürclərə uğur gətirəcək tarixlər: Kimləri xoş sürprizlər gözləyir?
-
Region09:12
Rusiyaya bu yolla getmiş azərbaycanlılara BÖYÜK TƏHLÜKƏ: Əmlakları əllərindən alınacaq
-
Nəqliyyat08:34
Hazırda 15 yolda tıxac var - SİYAHI