Hadisə
"Pikap"la bara yaxınlaşdılar, atəş açdılar: 10 ölü, 7 yaralı
Meksikanın Santyaqo de Keretaro şəhərində silahlı hücumçuların bara atəş açması nəticəsində ölən və yaralananlar var.
Publika.az xəbər verir ki, Meksikada tez-tez baş verən silahlı hücumlara yenisi əlavə edilib.
Hücumçular ölkənin mərkəzində yerləşən Queretaro əyalətinin paytaxtı Santyaqo de Keretaroda "pikap"la bara yaxınlaşaraq atəş açıblar.
“Los Cantaritos” barında törədilən hücumda 10 nəfər ölüb, ən azı 7 nəfər yaralanıb.
Queretaro Təhlükəsizlik Departamentinin rəisi Xuan Luis Ferruska açıqlamasında bildirib ki, təcili yardım xidmətləri hadisə yerinə dərhal gedib:
“Bir şübhəli nəzarətə alınıb. İstifadə edilən avtomobil tərk edilmiş vəziyyətdə tapılıb”.
Aysel Şahmar
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki




































