Hadisə
“Payım” kolbasa və sosis istehsalçısı cərimələndi - Səbəb nədir?
“Payım” ticarət markası ilə kolbasa və sosislər istehsal edən “Al-Sana” MMC növbəti dəfə cərimələnib.
Publika.az Tribunainfo.az-a istinadən xəbər verir ki, kolbasa və sosis istehsalçısı olan firmanın məcburi auditdən yayındığı məlum olub. Belə ki, “Al-Sana” MMC İnzibati Xətalar Məcəlləsinin maliyyə və sığorta qaydaları əleyhinə olan 464-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Payım” kolbasa və sosis istehsalçısı ilə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 3 dekabr tarixində hakim Rauf Daşdəmirovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, dəfərlərlə bu və ya müxtəlif maddələrlə cərimələnən “Al-Sana” MMC “Payım” ticarət markası ilə kolbasa və sosis istehsal edir. Şirkətin direktoru Samir Orucovdur.
-
İdman20:24Rusiya çempionatında YENİ REKORD
-
Art20:00Bakıda memarlıq abidəsi təmir-bərpa işləri zamanı ZƏDƏLƏNDİ - FOTO
-
Hadisə19:36Gəncədəki qəzada xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Magazin119:24Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO
-
Region19:12Türkiyədə avtobus aşdı: çox sayda məhbus...
-
Milyonçu16:55Qazaxıstanlı cütlük kazinodan 1,18 milyon dollar uddu, həbsə atıldılar
-
Ekologiya16:19Qar yağacaq - XƏBƏRDARLIQ
-
Nida Xəbər 16:08Bu rayonun icra hakimiyyəti başçısının müavini işdən azad olundu














.jpg)
.jpg)














.jpg)



