Hadisə
Saatlı sakini bu biznesmenin evindən yarım milyon oğurladı, kazinoda uduzdu
Saatlı rayonunda qadının evindən yarım milyonluq oğurluq olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, rayon sakini Mahirə Vəliyevanın evindəki seyfdən külli miqdarda pul və qızıllar oğurlamış ev sahibinin qayını oğlu 1983-cü il təvəllüdlü Elvin Vəliyev tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə iş açılıb.
Məlum olub ki, Elvinin əmisi Rusiyada biznesmendir. Saatlıdakı evdə isə onun həyat yoldaşı M. Vəliyeva yaşayıb və seyfdə külli miqdarda qızıl və pul olub. Elvin seyfin açarının yerini öyrəndikdən sonra evdə heç kimin olmadığı vaxt, yəni 2023-cü ilin mart ayının sonlarından iyun ayının sonlarınadək qonşuluqdakı evə gizli daxil olub. O, seyfi açaraq içərisindəki 391.685 manat pulu və 100 min manatdan çox dəyəri olan qızılları oğurlayıb. O, bütün pulları onlayn qumar oyunlarında uduzub. Qızılları da İmişli, Sabirabad və Bakıdakı lombardlara verərək pul götürüb, həmin pulları da internetdə uduzub.
Fakt üzə çıxdıqdan sonra Elvin həbs edilib.
O, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi üzrə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Turqut Seyidov
-
İdman15:07Messiyə Hindistanda 1,1 milyon dollarlıq hədiyyə verildi: Nadirdir - FOTO
-
Magazin214:30Məşhurların həbsi davam edir: “Muhteşem Yüzyıl”ın ulduzu da saxlanıldı - FOTO
-
İdman13:54Ukrayna xalqının azərbaycanlı oğlu: Müharibədə ölən hakimi ölüm günündə yad etdilər
-
Region13:04Azərbaycanın Ermənistana benzin göndərməsi Türkiyədə gündəm oldu: Nə deyirlər?
-
ABŞ12:31Kosmosda müharibə: ABŞ və Çin peyklərinin döyüşü başladı
-
İdman11:02Tarixə düşən rus qapıçının imdadına hiylə çatıb? - Hər şey üzə çıxdı - FOTOLAR
-
ABŞ10:06️ABŞ-a getmək istəyənlərə bəd xəbər: "Green Card" dayandırıldı
-
İKT07:47"TikTok" RAZILIQ VERDİ: ABŞ bölməsi bu tarixdə satılır



















.jpg)







