ABŞ
Daha bir dəhşətli TƏYYARƏ QƏZASI: Çempion və ailə üzvləri həlak oldu - YENİLƏNDİ
Keçmiş NASCAR (avtomobil yarışı) pilotu Qreq Bifflə məxsus “Cessna C550” biznes təyyarəsi Şimali Karolinada Steytvil hava limanına eniş edərkən uçuş-enmə zolağının sonunda qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, hadisə nəticəsində altı nəfər həyatını itirib.
Ölənlərin Biffl, həyat yoldaşı Kristina, oğlu Rayder və qızı Emma olduğu təsdiqlənib.
xxx
23:24 - 18.12.25
ABŞ-ın Şimali Karolina ştatında özəl "Cessna C550" təyyarəsi qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadla məlumat yayıb.
""Cessna C550" təyyarəsi Statesville Regional Hava Limanına eniş edərkən qəzaya uğrayıb. FAA və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırma aparacaq", - FAA-nın açıqlamasında deyilir.
Hadisə yerli vaxtla səhər saat 10:20 radələrində (Bakı vaxtı ilə axşam saat 7:20) baş verib. Aydell qraflığının şerifi Qrant Kempbell təyyarə qəzasında ölənlərin olduğunu təsdiqləyib. Amerika mediası şəxsi təyyarəyə sahib olan NASCAR çempionu Qreqq Bifflin ailə üzvləri və digər idmançılarla birlikdə ölənlər arasında ola biləcəyini ehtimal edir.
İlkin məlumatlara görə, təyyarənin qəzaya uğraması əlverişsiz hava şəraiti - yağış, az buludlu hava və zəif görünürlük səbəbindən baş verə bilər.
Sosial mediada hava limanının uçuş-enmə zolağında alovlanan təyyarənin qalıqlarını göstərən görüntülər yayılıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin121:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır










.jpg)








.jpg)

















