Hadisə
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - Vəfat etmiş 11 şəxsi sağ kimi göstərib və...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin Maliyyə uçotu sektorunun keçmiş mühasib-məsləhətçisinə cinayət işi açılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, məmur barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (Vəzifə saxtakarlığı) maddələri ilə iş başlanılıb.
Müəyyən edilib ki, qurumun mühasibi Gəncədə vəfat etmiş 11 nəfərin məlumatlarını saxtalaşdırıb. O, həmin şəxsləri sağ kimi göstərərək onların bütün pensiya məbləğlərini bir neçə il ərzində öz yaxınlarının adlarına olan kartlara köçürüb. Bu yolla məmur dövlət büdcəsindən 162 min manat pulu gizli şəkildə mənimsəyib.
Onun 2006-2018-ci illər arasında bu əməllərlə məşğul olması bilinib. O, 2019-cu ildə tutduğu vəzifədən azad edilib.
Faktla bağlı açılmış cinayət işinin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Turqut Seyidov
-
Sosial13:10
Pensiya alanların nəzərinə!
-
İdman12:38
127 yaşı, 370 milyon dəyəri var: "Qarabağ"ı Bilbaoda nə gözləyir?
-
Hadisə11:40
“Bakubus” avtobusu bulvara girdi - VİDEO
-
Nida Xəbər 11:22
Hikmət Hacıyev İlham Əliyevin Astana səfərindən paylaşım etdi - VİDEO
-
MDB10:24
Həbsxanada olan general ağır vəziyyətdədir: Amma prezidentə müraciət etmək istəmir
-
İdman10:18
ŞOK İDDİA: Neymar baba olur - 15 yaşlı oğlu 28 yaşlı qadınla... - FOTO
-
Sosial10:12
İsa Həbibbəylinin qızının 1 milyonu oğurlandı - ŞOK dələduzluq
-
Dünya09:24
Putinin təyyarəsinin Macarıstana uçmasına heç kim mane ola bilməz: Detallar açıqlandı