Şəmkirdə iki avtomobil toqquşdu: 5 nəfər öldü
Bizi izləyin

Hadisə

Şəmkirdə iki avtomobil toqquşdu: 5 nəfər öldü

Yanvarın 24-də saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, polis əməkdaşları hadisə yerinə gələrək, müvafiq araşdırma aparmaqla yanaşı, hərəkətin təhlükəsizliyini nəzarətdə saxlayıblar.

Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqamətində avtomobillə hərəkətdə olarkən, əks hərəkətdə qarşıdan gələn Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobil ilə toqquşub. Hadisə nəticəsində "VAZ 2106"nın sürücü və həmin avtomobildə olan sərnişinlər Şəmkir sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin "NİVA" markalı avtomobilin sürücüsü Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev və hələlik kimliyi istintaqa məlum olmayan daha bir nəfər həyatını itirib. "VAZ 2106"da olan digər sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Şəmkir rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Dəllər-Cəyir kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ 2106" ilə “LADA NİVA” markalı minik avtomobillərinin toqquşması nəticəsində birinci avtomobildə olan - 2 sərnişin, ikincidə isə 3 nəfər Şəmkir rayon sakinləri həyatlarını itiriblər.

Yaralılar isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm