Hadisə
Xudafərin körpüsündə insident: saxlanılanlar var - Video
May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub.
Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
İran İslam Respublikası ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar.
Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunub, eyni zamanda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilib.
Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran İslam Respublikası ərazisində saxlanılıb.
Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, körpünün qazıntı işləri aparılan hissəsində istifadə edilən qazma vasitələri aşkar olunaraq götürülüb.
Müqabil tərəfdən verilən məlumata əsasən saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları olduğu bildirilib.
Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Cənubi Qafqaz05:45Ona qarşı cinayət işi açılacaq - Paşinyan elan etdi
-
ABŞ04:30ABŞ ordusu o əraziyə daxil oldu - İndi nə baş verəcək?
-
ABŞ02:43Düzgün cavabları almasaq... - Trampdan İrana sərt xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: böyük bir maddi yükdən azad olacaqsız
-
Hadisə00:27Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə: 21 nəfər xəstəxanalıq oldu - Yeniləndi
-
ABŞ20 May 22:32Tramp arzusunu açıqladı: 2032-ci ilə qədər...
-
Magazin220 May 22:18Haluk Levent reanimasiyaya yerləşdirildi
-
İqtisadi gündəm20 May 21:51Azərbaycan-İran sərhədi ilə bağlı yeni qərar








.jpg)



























