Hadisə
Cəlilabadda qadın çaqqalı öz əlləri ilə ÖLDÜRDÜ - VİDEO
Çaqqallar kəndi oylaqlarına çeviriblər. Gecə-gündüz demədən həm sakinlərə, həm də digər canlılara hücum edirlər. Cəlilabadın Şatırlı kənd sakinləri son günlərdə çaqqal hücumlarının artdığını bildiriblər.
Publika.az "Xəzər" TV-yə istinadla məlumat verir ki, sakinlərin sözlərinə görə, çaqqalların ev quşlarına tamah salması əvvəllər də olub. Lakin bu yay hücumların intensivliyi artıb. Ehtimal olunur ki, meşələrdə yem çatışmazlığı buna səbəb olub. Sonuncu hücumda isə kənd sakini olan qadın çaqqalı öz əlləri ilə zərərsizləşdirib.
Son insident həm də insan xəsarətləri ilə nəticələnib. Çaqqal hücumu zamanı Aygün Orucova, Südabə Rüstəmova və Coşqun Əlili müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisədən sonra kənddə çaqqallara qarşı tədbirlərin gücləndirilməsi müzakirə olunur.
Ətraflı süjetdə:
-
Qoroskop01:40Günün ulduz falı: sizin üçün yeni mərhələ başlayır
-
Hadisə01:20Azərbaycanda sabiq icra başçısı vəfat etdi - Foto
-
Hadisə26 Aprel 22:58Xəzərdə güclü zəlzələ baş verdi - Yeniləndi
-
Hadisə26 Aprel 22:26Bakıda 11-ci sinif şagirdi vəfat etdi - Foto
-
Dünya26 Aprel 19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq26 Aprel 18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Hadisə26 Aprel 17:50Əməkdar artist vəfat etdi
-
Hadisə26 Aprel 17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var









.jpg)

.webp)























.png)