UFC prezidenti Trampa olan sui-qəsddən danışdı: Hər dəqiqəsindən zövq aldım!
Bizi izləyin

İdman

UFC prezidenti Trampa olan sui-qəsddən danışdı: Hər dəqiqəsindən zövq aldım!

UFC prezidenti Trampa olan sui-qəsddən danışdı: Hər dəqiqəsindən zövq aldım!

UFC prezidenti Deyna Uayt Ağ Ev müxbirləri assosiasiyasının “Washington Hill” otelində keçirilən qəbul mərasimində baş vermiş qalmaqallı hadisəni şərh edib.

Publika.az xəbər verir ki, Rəsmi şam yeməyi zamanı zalda atəş səslərinə bənzər gurultular eşidilib və tədbirin fəxri qonağı olan ABŞ prezidenti Donald Tramp təhlükəsizlik xidməti tərəfindən təxliyə edilib.

“Birdən-birə hər şey çox səs-küylü oldu. Masalar çevrilməyə başladı, silahlı şəxslər içəri girib “Hamı yerə uzansın!” deyə qışqırırdılar. Amma mən uzanmadım. Bu, çox maraqlı idi. Hər dəqiqəsindən zövq aldım, bu, qeyri-adi bir təcrübə idi. Biz prezidentə çox yaxın oturmuşduq. Heç kim xəsarət almadı, amma onlar bizim masanın yaxınlığında atəş açanları axtarırdılar. Düşünürəm ki, atəş açan şəxs yaxınlıqda idi”, – deyə Uayt “MMA Junkie”-yə müsahibəsində bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm