Müəllimləri daşıyan mikroavtobus aşdı: 20 yaralı var - FOTO
Bizi izləyin

Hadisə

Müəllimləri daşıyan mikroavtobus aşdı: 20 yaralı var - FOTO

Gədəbəyin Maarif kənd ərazisində mikroavtobusla VAZ-2106 markalı maşının toqquşması nəticəsində qəza baş verib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, qəza zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində 20 nəfər bədən xəsarəti alıb. Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzaya düşənlərin Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.

Publika.az "Report"a istinadən xəbər verir ki, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəzada azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm