Mbappe Zidanı ötdü
Bizi izləyin

İdman

Mbappe Zidanı ötdü

"Real"ın hücumçusu Kilian Mbappe İspaniya çempionatının 6-cı turunda "Levante" ilə oyunda (4:1) dubl edib.

Publika.az xəbər verir ki, bununla da 26 yaşlı fransalı futbolçunun La Liqadakı qol sayı 38-ə çatıb.

Bu göstərici ilə o, 37 qolu olan Zinəddin Zidan və İskonu ötüb və klub tarixində 42-ci yerə yüksəlib. Mbappe bu nəticə ilə Luiş Fiqu və Davor Şukerə çatıb.

"Real"ın rekordçusu isə 311 qolla Kriştiano Ronaldodur.

Madrid komandasında çıxış etmiş fransız futbolçular arasında Mbappe qollara görə İspaniya liqasında ikinci yeri tutur. Kərim Benzema 238 qolla rekordçudur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm