Region
Türkiyə bu həbslərlə çalxalandı: Gömrükçülər məxfi müdafiə məlumatlarını görün harada satıblar
İstanbul məhkəməsi məxfi məlumatları açıqlamaq ittihamı ilə aralarında gömrük işçiləri də daxil olmaqla 7 nəfəri həbs edib.
Publika.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, onlar sosial şəbəkələr vasitəsilə idxal və ixrac məlumatlarını, o cümlədən müdafiə sənayesi məhsulları haqda məlumatları satıblar.
Nəşrin məlumatına görə, İstanbul Baş Prokurorluğunun Terrorla Mübarizə Bürosu hələ iyun ayında Türkiyə Ticarət Nazirliyinin qapalı sistemindən məlumatlara pullu giriş təklif edən Telegram qrupunun aşkarlanmasından sonra 10 şübhəlini saxlayıb.
Sızdırılan məlumatlar arasında ASELSAN-dan qumbaraatan və avtomatlar da daxil olmaqla silahların tədarükü ilə bağlı məlumatlar var. Bu materialların müdafiə müqavilələrinə aid olduğu üçün Müdafiə Nazirliyinin icazəsi olmadan üçüncü şəxslərlə paylaşılması qadağandır.
İstintaq müəyyən edib ki, məhsulların miqdarı, çəkisi və növləri haqqında məlumat təkcə xarici ölkələrə deyil, həm də milli təhlükəsizliyə təhdid yaradan terrorçu qruplara sızmış ola bilərdi. Bir gömrük əməkdaşının əlində ümumi məbləği 7000 dollar olan pul köçürmələri aşkar edilib.
Nəticədə məhkəmə İstanbul gömrük işçiləri və iş adamlarının da olduğu 7 şübhəlini həbs edib.
Tural
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO


















.png)


















.png)