Rusiya silahlanır, gərginlik artır: Avropada müharibə həyəcanı
Bizi izləyin

Dünya

Rusiya silahlanır, gərginlik artır: Avropada müharibə həyəcanı

İsveç Rusiyanın yenidən silahlandığını bildirərək Avropanı mümkün müharibəyə hazır olmağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pal Conson danışıb.

O, Rusiyanın hərbi cəhətdən daha da gücləndiyini, uzaq mənzilli silahlar və elektron müharibədə əhəmiyyətli irəliləyişlər əldə etdiyini qeyd edib.

Consonun sözlərinə görə, Avropa artıq müharibə dövrü üçün hazırlıqlara başlamalı, Almaniya ilə silahlanma sahəsində əməkdaşlıq gücləndirilməlidir.

Bununla yanaşı, Fransa iyulun 14-də dərc olunan yeni Milli Strateji İcmalında Rusiyanı ölkənin maraqlarına və Avropa qitəsinin sabitliyinə ən birbaşa təhlükə kimi göstərib. Həmçinin, Almaniya Berlindəki xəstəxanaları mümkün hücuma hazırlamaq məqsədi daşıyan yeni mülki müdafiə planı hazırlayıb.

Finlandiyada da hərbi qarşıdurma kimi böhranlara hazırlıq məqsədi daşıyan yazılar dərc olunmağa başlayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm