Yunan lobbisindən Ərdoğanla görüş öncəsi Trampa təzyiq: Görün nə tələb edirlər
Bizi izləyin

Dünya

Yunan lobbisindən Ərdoğanla görüş öncəsi Trampa təzyiq: Görün nə tələb edirlər

ABŞ-dakı yunan lobbisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü ərəfəsində növbəti dəfə Türkiyə əleyhinə təzyiqlər edir.

Publika.az xəbər verir ki, yunan əsilli amerikalı deputatlar Qus Bilirakis, Kris Pappas, Nikol Malliotakis və Dina Titus yaydıqları birgə bəyanatda Trampı Türkiyəni F-35 döyüş təyyarəsi proqramına daxil etməməyə çağırıblar.

Dörd deputat Türkiyənin 2019-cu ildə Rusiya istehsalı olan S-400 raketləri almasına görə ABŞ-ın müvafiq qanunlarını pozduğunu və haqlı olaraq F-35 proqramından kənarlaşdırıldığını iddia edib.

Onların sözlərinə görə, Ərdoğanın Türkiyənin NATO qarşısındakı öhdəliklərinə baxmayaraq, Rusiya ilə hərbi məsələlərdə əməkdaşlıq etmək qərarı ABŞ-ın və alyansın müdafiə texnologiyası təhlükəsizliyini açıq şəkildə təhdid edir.

Deputatlar Türkiyənin F-35 döyüş təyyarəsi proqramına daxil ediləcəyi təqdirdə ABŞ-ın həssas hərbi məlumatlarının Rusiya kəşfiyyatına verilmə riskinin olduğunu iddia ediblər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm