Ailə faciəsi: Qadın buna görə xəstə ərini, uşaqlarını və özünü öldürdü - FOTO
Bizi izləyin

Hadisə

Ailə faciəsi: Qadın buna görə xəstə ərini, uşaqlarını və özünü öldürdü - FOTO

ABŞ ştatlarının birində üzücü hadisə baş verib. Qadın çox sevdiyi ərini və övladlarını öldürmək məcburiyyətində qalıb.

Publika.az xəbər verir ki, Rayan və Emili 2010-cu ildə Nyu-Hempşirin Madberi qəsəbəsində keçirilən xeyriyyə tədbirində tanış olublar. Bir neçə ay sonra aralarında romantik hisslər yaranıb və bu, iki il sonra evliliklə nəticələnib. Beş il sonra cütlüyün ilk övladı - Parker dünyaya gəlib. 2019-cu ildə qızları Rayan və 2022-ci ildə ikinci oğulları doğulub.

Dəhşətli hadisə də bundan sonra baş verib. 2023-cü ildə Rayana aqressiv beyin şişi olan glioblastoma diaqnozu qoyulub. Xəstəlik onu işləməyə qoymayıb. Ailənin bütün maliyyə yükü Emilinin üzərinə düşüb.

"Fast-food" şəbəkəsində maliyyə meneceri kimi çalışan qadın gəlirinin ailəsini və ərinin bahalı terapiyasını təmin etmək üçün kifayət etmədiyini başa düşüb. Bu, onu dələduzluq etməyə sövq edib. Sonrakı iki il ərzində o, iş yerindən saxta sənədlərlə 660 min dollar mənimsəyib.

Bu pul da vəziyyətdən çıxış yolu tapmağa kömək etməyib. Rayanın vəziyyəti durmadan pisləşib.

Nəhayət 2025-ci il avqustun əvvəlində şəbəkə sahibi oğurluğu aşkar edib və polisə xəbər verib. Həbsinin qaçılmaz olduğunu başa düşən Emili ailəsini çətin vəziyyətdən xilas etmək qərarına gəlib.

Avqustun 14-nə keçən gecə qadın uşaqları yataq otağında güllələyir. Daha sonra ərini güllələyib və intihar edib.

Polis hadisə yerindən dörd cəsəd və ikinci mərtəbədəki kilidli otaqda olan cütlüyün üç yaşlı oğlunu tapıb. Sağ qalan yeganə uşaq hazırda baba və nənəsinin himayəsindədir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm