ABŞ
Pentaqon rəhbəri yüzlərlə generalı niyə təcili görüşə çağırdı?

ABŞ-ın müharibə naziri (Pentaqon rəhbəri) Pit Heqset sentyabrın 30-da Virciniya ştatının Quantiko şəhərində yüzlərlə amerikalı general və admiralla görüşəcək.
Publika.az xəbər verir ki, Pit Heqsetin onları təcili olaraq görüşə çağırmasının səbəbi məlum olub.
Belə ki, "CNN"nin mənbələrə istinadən yaydığı məlumata görə, Pit Heqset Pentaqonun Müharibə Nazirliyinə çevrilməsinin təfərrüatlarını və hərbçilər üçün yeni standartları açıqlamaq niyyətindədir. Pentaqon rəhbərinin döyüş hazırlığı, fiziki hazırlıq və zabitlərin riayət etməli olduqları yeni qaydalar, eləcə də tələb olunacaq xarici görünüş standartlarını müzakirə edəcəyi gözlənilir.
"The Washington Post" isə yazır ki, görüş hərbi standartlara və mənəvi-psixoloji vəziyyətə həsr olunacaq. Bir saatdan az davam edəcək iclasda Heqset qısa nitqlə çıxış edəcək.
Hərbi rəhbərlər isə mümkün işdən çıxarılmalara hazırlaşır.
Xatırladaq ki, Pit Heqset sentyabrın 25-də yüzlərlə general və admiralı təcili iclasa çağırıb.
Ləman

-
Magazin203:47
Meqan Markl hamilədir? - Bu FOTOsu şayiələrə səbəb oldu
-
Avropa03:18
Almaniyada dron təşvişi
-
ABŞ02:43
Pentaqon rəhbəri yüzlərlə generalı niyə təcili görüşə çağırdı?
-
Rəsmi xronika00:05
Prezident Anım Günü ilə bağlı paylaşım etdi
-
Region26 Sentyabr 22:40
İran dağın altında gizli obyekt inşa edir - Peyk görüntüləri yayıldı
-
Sosial26 Sentyabr 21:37
Bu da Adnanın lüks avtomobil kolleksiyası - Fotolar
-
Dünya26 Sentyabr 21:00
Lukaşenko Zelenski ilə görüşmək istəyir: "Razılığa gəlməsək, bu, hamı üçün pis olacaq"
-
Ekologiya26 Sentyabr 19:00
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ VERİLDİ