Nida Təhlil
Yeni iqtisadi model: Prezidentin Nyu-York səfərində qazanılan dividentlər

Əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan iqtisadi siyasəti dayanıqlı inkişaf modelinin formalaşmasına zəmin yaradıb. Lakin torpaqlarımızın azad edilməsi ilə yaranmış yeni reallıqlarda şərtlər dəyişir və mövcud mənzərə yeni iqtisadi modelin yaradılması zərurəti ön plana çıxıb. Yeni iqtisadi modeldə əsas prioritet xarici investisiyaların cəlb edilməsi ola bilər. Son proseslər, xüsusilə Prezident İlham Əliyevin Nyu-York səfəri Azərbaycanın hədəflərinə nail olmaq üçün fəal iqtisadi diplomatiya həyata keçirdiyini göstərir.
Bu günlərdə yeni iqtisadi diplomatiyanın iki praktiki addımı atıldı.
Birincisi, Azərbaycanda Beynəlxalq İnvestisiya Forumu keçirildi.
“Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi” mövzusunda keçirilən, dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirən forumda ümumilikdə 1000-ə yaxın qonaq iştirak etdi. Forumun əsas məqsədi investisiya imkanlarını araşdırılması, qarşılıqlı təcrübə mübadiləsinin aparılması idi. Təbii ki, belə bir forumun Azərbaycanda keçirilməsi beynəlxalq investorların ölkəmizə daha çox cəlb edilməsinin təməllərini atır. Forum iştirakçılarına müraciət ünvanlayan Prezident İlham Əliyev də bəyan etdi ki, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əməkdaşlıq və sərmayə cəlbinin yeni mərhələsi üçün başlanğıcdır: “Bizim əsas məqsədimiz innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir. Mən hamınızı kapital, texnologiya və ideyalarınızı Azərbaycana gətirməyə dəvət edirəm”.
İkincisi, Prezidentin Nyu-York səfəri və təmasların qurulması bu kontekstdə xüsusi əhəmiyyət daşıyırdı.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak məqsədilə səfər etdiyi Nyu-Yorkda iqtisadi diplomatiya da həyata keçirdi. Dövlət başçısı sessiya çərçivəsində kapitalı trilyon dollarla ölçülən qlobal şirkətlərin - “Brookfield Asset Management”, “Neuberger Berman”, “Blackstone”, “Franklin Templeton”, “Global Infrastructure Partners” – rəhbərləri ilə görüşdü. Görüşlərin qarşı tərəfin istəyi əsasında baş tutması Azərbaycanın qlobal nüfuzundan qaynaqlanır. Ən önəmlisi isə bu şirkətlər Azərbaycan iqtisadiyyatına investisiya qoymaq, yaxud mövcud investisiyalarını artırmaqda maraqlıdırlar. Söhbət aktivlərinin dəyəri trilyon dollardan artıq olan qlobal miqyaslı şirkətlərdən gedir.
- “Franklin Templeton” - 1,6 trilyon dollar;
- “Brookfield Asset Management” - 1 trilyon dollar;
- “Blackstone” - 1 trilyon dollardan çox;
- “Neuberger Berman” - yarım trilyondan çox;
- “Global Infrastructure Partners” - 170 milyard dollar;
Belə şirkətlərin Azərbaycan iqtisadiyyatına qoyacağı investisiyalar yeni iqtisadi modelə keçidi sürətləndirəcək amildir.
Prezident İlham Əliyev Nyu-Yorkda görüşdüyü müxtəlif ölkələrin liderləri ilə də siyasətlə yanaşı, iqtisadi müzakirələr də apardı, Azərbaycanın investisiya potensialını təqdim etdi. Bununla yanaşı, dövlət başçısı BMT kürsüsündən çıxışı zamanı da ölkəmizin iqtisadi imkanlarına diqqət çəkdi.
1. Azərbaycanın enerji təhükəsizliyinin təmin edilməsində etibarlı və əvəzlolunmaz tərəfdaş olduğunu, eləcə də Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində oynadığı strateji rolu vurğuladı: bu, enerji bazarında mövqelərini gücləndirməyə və yeni bazarlarının tapılmasını təmin etməyə hesalanıb;
2. Azərbaycanın “yaşıl enerji” potensialını təqdim etdi: ölkədə Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edilir; 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.
3. Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsində mühüm rol oynadığını dilə gətirdi: Şərq-Qərb və Şimal-Cənub Dəhlizləri, Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmiryolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və s.
4. Qeyr-neft sektorunda görülən işlərdən bəhs etdi, investisiya mühitinin yaxşılaşdırılması məqsədilə islahatların həıyata keçirildiyini dedi.
5. Dövlət başçısı Azərbaycanın iqtisadi potensialıdan bəhs edərkən, “Moody’s” və “Fitch”-in Azərbaycanın reytinqini artırdığı vurğuladı. Əlavə etdi ki, çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə, Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir.
Prezident İlham Əliyev BMT tribunasından çıxışında toxunduğu bu məsələlər və verdiyi mesajlar xarici investisyanın Azərbaycana axını sürətləndirə bilər.
Asif Nərimanlı

-
Nəqliyyat11:35
Bakıda “tıxac vergisi” ödəyəcəyik: Məbləğ nə qədər olacaq?
-
Hadisə10:37
Aşağı Güzdəkdəki yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ
-
Nida Təhlil 09:30
Zəfər yolunu başladanlar
-
ABŞ08:49
ABŞ İran milli komandasına viza vermədi
-
Sağlamlıq08:37
Trampın parasetamolla bağlı iddialarına alimlərdən cavab
-
Magazin203:47
Meqan Markl hamilədir? - Bu FOTOsu şayiələrə səbəb oldu
-
Avropa03:18
Almaniyada dron təşvişi
-
ABŞ02:43
Pentaqon rəhbəri yüzlərlə generalı niyə təcili görüşə çağırdı?