Hadisə
Tiktoker küçədə söyüşlə danışdı, həbsə atıldı

Gəncədə küçədə söyüş söyən tiktoker həbs olunub.
Publika.az lent.az-a istinadla xəbər verur ki, 47 yaşlı Murad Rüstəmov şəhər ərazisində polis şöbəsinin yaxınlığında mobil telefonla danışarkən uca səslə söyüşlər söyüb. Məlumata əsasən, buna görə polis əməkdaşları ona irad bildirəndə isə qanuni tələblərinə məhəl qoymayaraq, hərəkətlərinə davam edib.
Nəticədə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 6 il əvvəl Ukraynadn Azərbaycana gəlib:
“Bir neçə ildir tiktokda 69 min izləyicisi olan səhifəmdə din əleyhinə paylaşımlar edirəm. Paylaşımlarım dindarların hissiyatına toxunur. Buna görə də, dindarlar məni söyürlər və hətta 3 dəfə həyatıma sui-qəsd olub. Həmin hadisələrlə bağlı polis araşdırma da aparıb”.
Murad Rüstəmov əlavə edib ki, barəsindəki ittihamlarla razı deyil.
Gəncə şəhər Məhkəməsində hakim Zaman İmanovun sədrliyi ilə keçirilən prosesdə Murad Rüstəmov barəsində 30 gün müddətinə inzibati həbs cəzası təyin olunub.
-
Sosial12:06
Evinizdəki “Wi-Fi” təhlükəsi: Xəbəriniz olsun, şəxsi məlumatlarınız ələ keçirilir
-
Cinayət dünyası10:40
89 nəfəri öldürmüş "Anqarsk manyakı"nın dəhşətli əməlinin yeni detalı - FOTOLAR(VİDEO)
-
Region10:28
Anna Akopyan Ərdoğanın kitabını oxuyub bitirdi: Təəssüratı belədir
-
İKT02:44
"Instagram" istifadəçilərinin nəzərinə: Harada olduğunuz görünəcək...
-
Qoroskop01:40
Günün ulduz falı: ilk addımı atmaq üçün əlverişli vaxtdır...
-
Sosial00:05
Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
-
Hadisə3 Oktyabr 23:43
Bakıda ağır qəza: 3 nəfər xəsarət aldı
-
İdman3 Oktyabr 22:36
Messini MMA-ya çağırdılar: Uğur qazana bilərsən