İdman
Ronaldo Mançesterə qayıdır: Səbəb məlumdur

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yoldaşlıq görüşündə iştirak etmək üçün yenidən Mançesterə qayıdacaq.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Mançester Yunayted” zəif nəticələrə görə ciddi maliyyə problemləri ilə üzləşib. Britaniya mediasının məlumatına görə, klubun bu mövsüm avrokuboklara düşməməsi səbəbindən itkiləri ən azı 100 milyon funt sterlinq təşkil edəcək.
Maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün klub rəhbərliyi avrokubok oyunlarının keçirildiyi günlərdə bir sıra yoldaşlıq görüşləri təşkil etmək qərarı verib.
“Yunayted”in əsas planlarından biri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə oyun keçirməkdir. Bu görüş xüsusilə maraq doğurur, çünki “qırmızı şeytanlar”ın sabiq futbolçusu Kriştianu Ronaldo hazırda məhz bu klubda çıxış edir. İngilislər hesab edir ki, portuqaliyalının Mançesterə gəlişi azarkeşlərin marağını artıracaq və kluba yaxşı gəlir gətirəcək.
Bundan əlavə, “Mançester Yunayted” avrokuboklara düşməyən digər klublarla da yoldaşlıq görüşləri keçirməyi nəzərdən keçirir. Hazırda Almaniyanın “Leypsiq”, İtaliyanın “Milan” və İspaniyanın “Sevilya” klubları ilə danışıqlar aparılır.
Heybət
-
ABŞ19:20
Cəhənnəmlə üzləşəcəklər... - Tramp HƏMAS-a 3 gün möhlət verdi
-
Hadisə19:10
Oqtay Şirəliyev vəfat etdi
-
Nəqliyyat18:30
Bakıda 21 yolda tıxac yarandı - SİYAHI
-
İdman16:58
Parisdə bətnində, Xankəndidə yanında: Bütün dünyanın danışdığı Yaylagül yenə gündəmdə - FOTOLAR
-
Sosial15:22
Azərbaycanda görünməmiş hadisə: Xanım sevgilisinə evlilik təklif etdi - VİDEO
-
Hadisə13:54
Məmurun evindən 340 min manat oğurlandı - Oğlunun sevgilisi həbs edildi
-
Dünya12:54
Naxçıvandan qayıdan İlbər Ortaylının halı pisləşdi: Xəstəxanaya yerləşdirildi - FOTO
-
İdman12:24
Türkiyə futbolunun əfsanəsi: Qurban olum Qurban hocaya - VİDEO