Nida Təhlil
Makron Əliyevə təslim oldu: Kopenhagen görüşündəki detallar
Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısında görüşən Əliyevlə Makron ikitərəfli əlaqələrin mövcud vəziyyəti və perspektivlərini müzakirə edib. Bu görüş Bakı-Paris xəttində normallaşma gözləntilərini önə çıxarır.
Münasibətlərin kəskinləşməsi 44 günlük müharibədə Fransanın Ermənistana açıq dəstəyi, müharibədən sonra Bakıya qarşı beynəlxalq müstəvidə İrəvanla birlikdə təzyiq planları qurmasından qaynaqlanırdı. Paris Bakıya qarşı siyasətində bir neçə hədəfə çatmağa çalışırdı.
- Müharibədə məğlub olan Ermənistanın qorunması, sülh danışıqlarında balansı İrəvanın xeyrinə dəyişmək;
- Qarabağdakı separatizmin mövcudluğunu davam etdirmək;
- Bakı-İrəvan danışıqlarında vasitəçilikdə Cənubi Qafqazda mövqelərini saxlamaq;
Fransanın Azərbaycana qarşı siyasəti Ermənistan faktoru ilə yanaşı, müharibənin yaratdığı reallıqlar fonunda Cənubi Qafqazda – Avropa-Asiya qovşağında planlaşdırılan layihələrdən kənarda qalması riskindən də qaynaqlanırdı. Makron administrasiyası bu vəziyyəti dəyişmək üçün Azərbaycanla uzlaşma yox, qarşıdurma xəttini seçdi. Nəticədə Bakının gedişi ilə vasitəçilik üzərindən Cənubi Qafqazda qalmaq imkanlarından məhrum oldu. Qarabağda separatizmin başa çatdırılması və Ermənistanın bu nəticə ilə barışaraq, Bakı ilə real sülh gündəminə qayıtması ilə təsir rıçaqları da böyük ölçüdə sıradan çıxdı.
Parisin Bakı qarşısında sərt siyasətindən imtina etməsindəki amillərdən biri də Fransanın Afrikadakı mövqelərinə qarşı geosiyasi plana Azərbaycanın rəhbərlik etməsi idi: Fransanı Cənubi Qafqazdan uzaqlaşdıran Azərbaycan onu keçmiş koloniyalarında da sıxışdırırdı; Makron təzyiqlə təslim edə bilmədiyi Əliyevin əks-həmləsi ilə üzləşmişdi;
Bu mənzərə fonunda Kopenhagen görüşü Makronun Əliyev qarşısında geri çəkilməsi kimi qiymətləndirilə bilər. Və burada bir sıra amillər də həlledicidir:
1. Ermənistanın Azərbaycanla sülh sazişini paraflaması Parisin Bakıya qarşı “erməni kartını” sıradan çıxardı;
2. Zəngəzur dəhlizinin ABŞ-ın iştirakı ilə razılaşdırılması Fransanın Orta dəhlizdə Ermənistan üzərindən iştirak ümidlərini artırıb;
3. Fransa Cənubi Qafqaza qayıda bilmək üçün Azərbaycanla münasibətlərin normallaşdırmaq xəttini izləyir;
4. Trampın gəlişindən sonra lobbi maraqlarını üstün tutan liberal sol zəiflədi – qlobal trendlər dəyişdi;
Makronun Əliyevlə birbaşa təmas yaratmaq cəhdi Avropa Siyasi Birliyinin Tiranada keçirilən 6-cı zirvəsində qeydə alınmışdı. 7-ci zirvədə Fransa prezidenti azərbaycanlı həmkarı ilə görüşərək, ikitərəfli münasibətlərin qaydaya salınması niyyətini açıqladı. Fransanın Azərbaycanla təmasları bərpa etməsi Parisin Cənubi Qafqazda Ermənistan vektorlu siyasətini dəyişməsi demək deyil. Lakin münasibətlərin normallaşması Azərbaycanın Avropadakı mövqelərinin güclənməsi, yaxud mövqelərinə qarşı risklərin neytrallaşdırılması baxımından önəmlidir. Bu amil eyni zamanda, Bakı-İrəvan sülhünə qarşı olan və mövcud reallıqları beynəlxalq müstəvidə dəyişmək cəhdləri edən erməni diasporu/lobbisinin fəaliyyətini də məhdudlaşdıra bilər.
Asif Nərimanlı
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?













.jpg)












.jpg)










