Hadisə
Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
Bakıda ictimai yerdə nalayiq ifadələr işlədən vəzifəli şəxs inzibati qaydada həbs edilib.
Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1982-ci ildə Bakı şəhərində anadan olmuş D.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən iş məhkəmədə araşdırılıb.
Məhkəmədə müəyyən edilib ki, D.R. ictimai yerdə - Səməd Vurğun parkında yüksək səslə söyüş söyüb. Polis əməkdaşları ona yaxınlaşaraq söyüş söyməməsi barədə xəbərdarlıq etsələr də, həmin şəxs nalayiq ifadələr işlətməyə davam edib.
D.R. ifadəsində bildirib ki, parkda telefonla danışarkən bir nəfər anası və bacısına qarşı təhqiredici sözlər işlədərək onu hədələyib. O, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini, telefon danışığının təxminən bir dəqiqə davam etdiyini, həmin vaxt ətrafda çoxlu insanların olduğunu, özünü saxlaya bilmədiyi üçün cavab söyüşü söydüyünü və əməlindən peşman olduğunu deyib.
Araşdırma zamanı müəyyən olunub ki, D.R. Xətai rayonunda yaşayır və şirkətlərin birində tikinti direktoru vəzifəsində çalışır.
Məhkəmənin qərarı ilə D.R. 15 gün müddətinə inzibati qaydada həbs edilib.
-
Cənubi Qafqaz18:12Saakaşvilinin həbsxanada izlədiyi yeganə Azərbaycan kanalı Hansıdır?
-
Magazin217:40Üzünə həsəd aparır göydəki Ay da: Dünyanın ən gözəl qadınları - FOTOLAR
-
Sosial16:40Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişdi
-
Region15:04Ermənistan parlamentində gərginlik: Su butulkaları yığışdırıldı - VİDEO
-
İdman14:26Qadın düşkünü olan əfsanə 22 yaşlı sevgilisindən ayrıldı: Yeni "qurban"ı kimdir? - FOTO
-
Nida Xəbər 14:14Prezident generalı buna görə işdən çıxardı - Razi Nurullayev
-
Sosial13:23Fuad Nəcəfli vəzifəsindən buna görə azad edilib
-
Nida Xəbər 12:37“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Müəllimlər üçün yenilik















.jpg)








.jpg)


.png)








.jpg)


