Lamiyəni bıçaqlayan keçmiş əri intihara cəhd edib: Vəziyyəti ağırdır
Bizi izləyin

Hadisə

Lamiyəni bıçaqlayan keçmiş əri intihara cəhd edib: Vəziyyəti ağırdır

Şirvanda TƏBİB-in əməkdaşı olan keçmiş həyat yoldaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxsin durumu ağırdır.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) oktyabrın 7-i saat 08:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır", - məlumatda bildirib.

Qeyd edək ki, Şirvanda keçmiş həyat yoldaşı - “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevaya 11 bıçaq zərbəsi vuran şəxs intihara cəhd edib. 1986-cı il təvəllüdlü Şirvan sakini Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm