Hadisə
Əri Lamiyəni buna görə bıçaqlayıbmış
TƏBİB-in əməkdaşı Lamiyə Qanbayevanın bıçaqlanmasının təfərrüatı məlum olub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə nikahın ləğv edilməsindən sonra baş verib.
Bir müddət əvvəl qadın ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. Bu günlərdə məhkəmə cütlüyün boşanması ilə bağlı qətnamə qəbul edib. Bundan hiddətlənən ər qisas məqsədi ilə arvadını öldürmək niyyətinə düşüb. Ötən gün arvadının yaşadığı ünvana gəlib, ona 11 bıçaq zərbəsi vurub.
Qeyd edək ki, oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırma zamanı 1988-ci il Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda onun xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
L.Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimayətlə əlaqələr şöbəsinin əməkdaşıdır.
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü
-
Ekologiya15:14Günəşdə iki güclü partlayış baş verdi
-
Hadisə14:53Biləsuvardakı qəzada ölən üç gənc eyni kənddə dəfn olundu - FOTOLAR
-
Digər14:21Bu ölkədə hərbi çevriliş oldu
-
İdman14:10"Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
-
Sosial13:50Leyla Əliyeva və Arzu Əliyeva Banqladeş hökumətinin Baş müşaviri ilə görüşdülər
-
Magazin213:30"Eyforiya" serialının ulduzu soyundu - FOTO
















.jpg)















.jpg)



