Nida Təhlil
Əliyevdən türk dünyasını qlobal gücə çevirəcək təklif – “Türk NATO”su qurula bilərmi?
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirgə Görüşündəki çıxışında iki məqam xüsusilə diqqət çəkdi.
- Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyi;
- Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi;
Mövcud geosiyasi şərtlərdə - dünyanın qütbləşməsi və regional ittifaqların ön plana çıxması türk dünyasının da Əliyevin dediyi kimi, vahid güc mərkəzi kimi çıxış etməsini aktuallaşdırır. Bunu zəruri edən konkret geosiyasi konturlar aydın görünür.
Çinin güclənməsi ilə təkqütblü dünya sisteminin dəyişməsi qlobal rəqabəti sürətləndirir və proseslərin kəskinləşmə xətti ilə inkişaf edəcəyi qaçılmazdır. Bu, regional ölkələri seçim qarşısında qoyur: ya cəbhələşmədə yer almaqla, rəqabətdə iştirak etmək; ya da regional güc formalaşdırmaqla qlobal siyasətdə oyunçuya çevrilmək;
Prezidentin bəhs etdiyi vahid güc mərkəzi geosiyasi rəqabətdən zərər görməmək, əksinə, hər iki qütbün – Çin və ABŞ-ın maraq dairəsində olmaq baxımından vacibdir. Orta dəhliz uğrundakı mübarizədə bu, praktiki şəkildə baş verdi.
- Bayden Administrasiyasının Çinin kənarda qaldığı – Mərkəzi Asiyadan Avropaya uzanan marşrutu nəzarətə götürmək planında izlədiyi Ermənistan vektorlu siyasət Bakı və Ankaranın maraqlarını “vururdu”;
- Avropa İttifaqı Orta dəhlizdə mövqe əldə etmək naminə Türkiyə və Azərbaycanı nəzərə almadan Mərkəzi Asiya ölkələri ilə anlaşmalar əldə etməyə çalışdı: Səmərqənd sammitinin nəticələri türk coğrafiyasının birliyi üçün heç də arzuolunan deyildi;
- Çinin bu rəqabətdən daha az zərər görmək üçün Orta dəhlizin aktuallığını azaldacaq gedişlər etdiyi müşahidə olunur, xüsusilə Rusiya və İranla yaxınlaşması fonunda.
ABŞ-ın Zəngəzur dəhlizinə gəlişi – TRİPP layihəsi Orta dəhlizdəki rəqabəti kəskinləşdirəcək, çünki Tramp Baydendən fərqli olaraq, konkret nəticə əldə edib və Mərkəzi Asiyada daha da möhkəmlənməyə çalışacaq. Bu perspektivdə türk dövlətləri ya fərdi siyasətlə geosiyasi rəqabətin burulğanına düşə, ya da vahid güc mərkəzi kimi çıxış etməklə maraqları/mövqeləri nəzərə alınan oyunçuya çevrilə bilərlər. Güc mərkəzinin formalaşması həm də rəqabətin tərəflərindən və maraqlardan asılı olmayaraq, Orta dəhliz marşrutunun dayanıqlılığını saxlamaq üçün də əhəmiyyətlidir.
Bunun əsas komponentlərindən biri Əliyevin təklif etdiyi hərbi əməkdaşlıqdır. Türk dövlətlərinin regional güc mərkəzi olma perspektivi təhlükəsizliyi təmin etmək qabiliyyətindən böyük ölçüdə asılıdır.
“Türk NATO”su qurula bilərmi?
Türk dövlətlərinin Azərbaycanda birgə hərbi təlimlər keçməsi təklifi bu sualı da ön plana çıxarır. Hərçənd, belə bir perspektiv mövcud şərtlərdə reallığa o qədər də yaxın görünmür.
Birincisi, hərbi əməkdaşlığın rəsmi ittifaq müstəvisinə keçməsi bütün tərəfləri – ABŞ, Avropa, Rusiya, İran, Çin və İranı narahat edəcək perspektivdir. Və belə bir perspektivdə türk coğrafiyası geosiyasi mübarizə poliqonuna çevrilmə risk ilə üzləşə bilər;
İkincisi, TDT üzvlərinin rəsmi hərbi ittifaqa qoşulması texniki baxımdan çətindir: Türkiyə və (müşahidəçi status daşıyan) Macarıstan NATO, Qazaxıstan, Qırğızıstan, Özbəkistan KTMT üzvüdür, Azərbaycan Qoşulmama Hərəkatının;
Lakin türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi ilə qeyri-siyasi ittifaq formalaşdırıla və Şuşa Bəyannaməsi kimi sənədlə bunun arxitekturası yaradıla bilər.
Asif Nərimanlı
-
Elm və təhsil01:41Hansı məktəblər distant təhsilə keçəcək? - VİDEO
-
Magazin201:11Kibariyənin ayağı sosial mediada gündəm oldu - FOTO
-
ABŞ00:45İran "Starlink" avadanlıqlarının böyük partiyasını ƏLƏ KEÇİRDİ - İDDİA
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ay qoçun odlu səmasına doğru irəliləyir
-
Magazin213 Yanvar 23:24Məşhur aktyor 83 yaşında vəfat edi - Ailəsi bir neçə həftə sonra...
-
Magazin113 Yanvar 22:36Xalq artisti qızı ilə fotolarını paylaşıb görün nə yazdı
-
İKT13 Yanvar 21:36Uşaqların sosial mediadan istifadəsinə QADAĞA QOYULUR? - Baş nazir narahatdır
-
Magazin113 Yanvar 20:36Ülviyyə Mahmudovadan YENİ FOTOLAR







.jpg)




























