Hadisə
Bakıda evdə partlayış oldu: Xəsarət alan var - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus fərdi yaşayış evinin mətbəxində, ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
-
Nida Xəbər 10:18
Birinci müavini olmayan nazirlər - SİYAHI
-
Magazin109:36
Vəfadan Pünhan Piriyevlə bağlı ŞOK AÇIQLAMA: Gecə saat 2-də... - VİDEO
-
Hadisə08:24
Bakıda evdə partlayış oldu: Xəsarət alan var - Video
-
Magazin206:46
Meqan Marklın bu görüntüləri olay oldu: estetik və arıqladan dərman...
-
Avropa05:45
Bəşəriyyəti III Dünya Müharibəsinə sövq etmək əmri verilib - ŞOK İDDİA
-
Qoroskop02:19
Günün ulduz falı: evinizə gözlənilməz qonaq gələcək və...
-
İdman8 Oktyabr 23:31
Məşhur futbolçunun qardaşı azərbaycanlı xanımla evləndi - FOTO/VİDEO
-
Dünya8 Oktyabr 20:56
Qəzzada atəşkəs bu gün elan oluna bilər - Hakan Fidan