Hadisə
Bakıda yaşayış evində PARTLAYIŞ: xəsarət alanlar var - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Publika.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayışın baş verdiyi və genişlənərək yaxınlıqdakı tikililərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanan evdə xəsarət alaraq təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas olunub, yanğının qonşu evlərə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin bir otağının yanar konstruksiyaları və tavanı 30 kvadratmetr sahədə yanıb. Yanğın zamanı ümumilikdə 2 nəfər xəsarət alıb.
Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə edilib.
-
Dünya05:45Bu ölkədə əhali sayına limit qoyulacaq - 10 milyonu keçməsin!
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal











.jpg)


















.jpg)




