Hadisə
Jurnalistlər binasında dəhşət: 25 yaşlı qız ad günündə öldü
Bakıda hündürmərtəbəli binadan yıxılan qız xəstəxanada keçinib.
Publika.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə jurnalistlərin 3-cü binasında ("Qazilərin binası" kimi tanınan binada) baş verib.
Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi sakini, 2000-ci il təvəllüdlü Əfsanə Mirzalı qızı Rəhimxanova binanın 13-cü mərtəbəsinin balkonundan yıxılıb. O, təcili xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyi nəticə verməyib və Ə.Rəhimxanova aldığı ağır xəsarətlərdən keçinib.
Qeyd olunur ki, hadisə baş verən gün Ə.Rəhimxanovanın doğum günü imiş. O, doğum gününü qeyd etmək üçün həmin binada yaşayan rəfiqəsigilə qonaq gedibmiş. Ə.Rəhimxanovanın binadan yıxıldığı, yoxsa intihar etdiyi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
-
Magazin219:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Nida Xəbər 18:48Abbas Əraqçi Bakıya gəlir
-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü
-
Ekologiya15:14Günəşdə iki güclü partlayış baş verdi
-
Hadisə14:53Biləsuvardakı qəzada ölən üç gənc eyni kənddə dəfn olundu - FOTOLAR
-
Digər14:21Bu ölkədə hərbi çevriliş oldu

































.jpg)



